Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2022 15:14
Bəzi sürücülər avtomobilinin daha konfortlu olması üçün müxtəlif vasitələrə əl atırlar. Xüsusilə, amartizator kimi tanıdığımız asqı sisteminə müəyyən müdaxilələr edilir. Son vaxtlar sosial şəbəkələrdə də bununla bağlı görüntülər yayılıb. Belə ki, nəqliyyat vasitəsinin asqısı deşilərək ona başqa detallar birləşdirilir.
Avtomobil ustaları bildirir ki, asqı sisteminə belə müdaxilələr yolverilməzdir. Bu, həm qəza şəraiti yarada bilər, həm də digər detalların da sıradan çıxmasına səbəb olar.
Ustalar bildirir ki, yalnız ehtiyac yaranarsa, asqı təmir edilə, yaxud dəyişdirilə bilər.
Ancaq həm avtomobilinin, həm də canının qədrini bilənlər də az deyil. Bir çox sürücülər asqı sisteminə bu cür müdaxilə etməyi düzgün hesab etmirlər.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, qanun avtomobilin asqı sisteminə müdaxiləni qadağan edir. Buna görə isə sürücülər 2 halda cərimə oluna bilərlər.
Belə faktların aşkarlanmasına gəlincə isə, Ekspert bildirir ki, bu, vizual yox, xüsusi texniki vasitələrlə həyata keçirilməlidir. Burada istehsalçınıın müəyyən etdiyi texniki göstəricilər də nəzərə alınmalıdır.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: