Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konfrans Liqası: “Fənərbağça” mübarizəni dayandırdı - FOTO

Konfrans Liqası: “Fənərbağça” mübarizəni dayandırdı - FOTO

Tarix: 25 Fevral 2022 07:42

Futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Milli.Az matc.az-a istinadən bildirir ki, Türkiyənin yeganə təmsilçisi "Fənərbağça" Praqada "Slaviya"nın qonağı olub. İstanbulda keçirilən ilk qarşılaşmada Çexiya təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab matçında da oxşar nəticə qeydə alınıb. Nəticədə, "Fənərbağça" avrokuboklarla vidalaşıb.

İngiltərənin "Lester Siti" klubu isə səfərdə "Randers"lə üz-üzə gəlib. İlk oyunda qazanılan böyükhesablı qələbə sayəsində britaniyalıların meydana daha rahat çıxacağını söyləmək olardı. Cavab görüşündə də qalib gələn lesterlilər sürprizə imkan verməyiblər.

Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunları
24 fevral

Qarabağ (Azərbaycan) - Olimpik (Marsel, Fransa) 0:3
Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.L.Fuente, 90+2.
İlk oyun - 1:3

Bodo Qlimt (Norveç) - Seltik (Şotlandiya) 2:0
Qol: Solbakken, 9. Vetlesen, 69.
İlk oyun - 3:1

Partizan (Serbiya) - Sparta (Praqa, Çexiya) 2:1
Qol: R.Qomes, 7; 24 - Hlojek, 85.
İlk oyun - 1:0

Randers (Danimarka) - Lester Siti (İngiltərə) 1:3
Qol: Odey, 84 - Barnes, 2. Maddison, 70; 74.
İlk oyun - 1:4

Makkabi (Tel-Əviv, İsrail) - PSV (Niderland) 1:1
Qol: Saborit, 90+1 - Veressen, 85.
İlk oyun - 0:1

Slaviya (Praqa, Çexiya) - Fənərbağça (Türkiyə) 3:2
Qol: Ştrans, 19. Sor, 27; 63 - M.Yandaş, 39. Berişa, 90.
İlk oyun - 3:2

PAOK (Yunanıstan) - Midtyulland (Danimarka) 2:1 (penaltilər 5:3)
Qol: Jivkoviç, 20. Vyeyrinya, 26 - Höq, 80.
İlk oyun - 0:1

Vitess (Niderland) - Rapid (Vyana, Avstriya) 2:0
Qol: Qrbiç, 3. Bero, 19.
İlk oyun - 1:2

Milli.Az


Etiketlər:  Konfrans Liqası Fənərbağça mübarizəni dayandırdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ