Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2022 13:55
"Həyat yoldaşım hüquqşünasdır. Ziyalı ailənin övladı olub. O vaxt qayınatam onu mənə vermirdi. Amma ona sübut etdim ki, ailəcanlıyam, onu qoruyacam. Deyirdi ki, aktyordu taleyi küçələrdədir. Maşallah, qızım ailəlidir, oğlum da göz önündədir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov "Həmin Zaur" proqramında deyib. Həyat yoldaşından danışan aktyor qayınatasının onu istəməməsindən danışıb.
Ç.Əhmədov aparıcının "Demisiniz ki, Rafael-Coşqun Rəhman-Çingiz (Əməkdar artist Rəhman Rəhmanov - red.) birləşməsinin təkrarıdır" sözlərinə belə cavab verib:
"Hər kəsin öz yolu var. Müəyyən vaxta qədər arvad paltarı geyindik, sonra saxladıq, geyinmədik. Biz bunu sovet dövründə etmişik. Konsertlərinə getməmişəm, vaxtım olmur. 2009-cu ildə sonuncu konserti verdim və dedim ki, qadın paltarı geyinmək bitdi. Əgər mən onları öz konsertimdə görməmişəmsə, niyə gedim onların konsertinə?".