Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Park Cinema-da “Xaç atası”: Film personajları Flame Towers-də “canlandı” - FOTOlar

Park Cinema-da “Xaç atası”: Film personajları Flame Towers-də “canlandı” - FOTOlar

Tarix: 25 Fevral 2022 18:12

Park Cinema Flame Towers kinoteatrında Frensis Ford Koppolanın "Xaç atası" filmin nümayişinin 50 illiyinə həsr olunmuş xüsusi nümayişi keçirilib. Tədbirin təşkilatçıları öz qonaqlarını 40-cı illərin sonu - 50-ci illərin əvvəllərində Amerika ab-havasına qaytardılar və kinosevərlər filmin baş qəhrəmanlarını - Don Korleone, Maykl, Sanni və Tom Haqeni canlı olaraq görə bildilər.

Kinoteatrın düz girişində yerləşən Don Korleonenin ofisində hər kəs öz problemini onunla bölüşə və onun həlli üçün razılıq ala bilərdi. Tədbir olaysız da alınmadı: şiddətli xasiyyəti ilə tanınan Sunny, 50 il əvvəl olduğu kimi, jurnalistlərdən birinin kamerasını götürüb sındırdı, lakin dəymiş ziyanı kompensasiya etdi.

Tədbir musiqili trionun canlı ifası ilə filmdən hitlərin səsləndirilməsi ilə müşayiət olunub və "Xaç atası"nın bərpa edilərək 4K formatına köçürülmüş birinci hissəsinin nümayişi ilə yekunlaşıb. Restavrasiyada rejissor Frensis Ford Koppola özü iştirak edib. "Xaç atası" filmi fevralın 28-dək Park Cinema şəbəkəsində nümayiş olunacaq, biletləri parkcinema.az saytından əldə etmək olar.

Milli.Az


Etiketlər:  Park Cinema da Xaç atası Film personajları Flame Towers canlandı FOTOlar


RƏYLƏR