Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2022 13:58
Xocalı faciəsinə həsr olunan "Sevinj Stories" layihəsinin son videosu İnstaqramda rekord baxış sayı toplayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, video 11 saatda 750 mindən çox baxılıb. Paylaşıma 3 minə yaxın rəy yazılıb.
Qeyd edək ki, layihənin rəhbəri aktyor Əlixan Rəcəbovdur. "Sevinj Stories"də baş rolu Nəzakət Heydərova canlandırıb. O, bundan öncə "Zəhər tuluğu" filmində oynamışdı.
Onu da bildirək ki, ekran işinin orijinal versiyası "Eva Stories" isə Holokost faciəsinə həsr edilmişdi.