Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da keçmiş hərbçi saxlanılıb

ABŞ-da keçmiş hərbçi saxlanılıb

Tarix: 6 Sentyabr 2019 23:24

Baki. Trend:

ABŞ-ın Hyuston şəhərinin (Texas ştatı) polisi keçmiş ABŞ Dəniz Piyadaları Korpusunun hərbçisini həbs edib.

Trend-in məlumatına görə, keçmiş hərbçi Rik Montealvonun avtomobili Hyuston şəhərinin şimalında saxlanılıb.

Məlumata əsasən, keçmiş hərbçinin avtomobilindən odlu silah, snayperlər tərəfindən istifadə olunan kamuflyaj əşyaları və məktəblərdə atışmalar haqqında materiallar tapılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ keçmiş hərbçi saxlanılıb


RƏYLƏR