Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putin hiddətlənib, müharibəni uduzur...''

''Putin hiddətlənib, müharibəni uduzur...''

Tarix: 27 Fevral 2022 23:14

"Putin hiddətlənib, müharibəni uduzur..."Rusiya Dumasının sabiq deputatı İlya Ponomarev bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsinin tam iflasa uğraması Kreml rəhbərliyini əsl şoka salıb. Ponomarev Facebook səhifəsində qeyd edib ki, əldə olunan məlumata görə, bu gecə Kremlin rəhbəri Vladimir Putin Uralda olarkən görüş keçirib. Rusiya komandanlığı Ukraynanın işğalını 4 gün ərzində həyata keçirməyi planlaşdırırdı. Ancaq ordunun səyləri uğursuz olub.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, döyüş əməliyyatlarının real mənzərəsi Ukraynanı tez bir zamanda ələ keçirməyi planlaşdıran Putini qəzəbləndirib. Fevralın 26-na olan məlumata görə, rusların silah və qanadlı raket ehtiyatları tükənir, yeni tədarüklər ancaq bir neçə aydan sonra mümkün olacaq, çünki Rusiyadakı hərbi zavodları belə həcmlərlə ayaqlaşa bilmir.

Üstəlik, Rusiyanın hərbi kampaniyaya xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Bu da ölkənin büdcəsi üçün ağır yükdür.

Rusiyalı siyasətçinin sözlərinə görə, Ukrayna ordusu və mülki əhalinin şiddətli müqaviməti Rusiya komandanlığını şoka salıb.

"Müharibə xərcləri gündə təxminən 20 milyard dollar təşkil edir. Putin hiddətlənir. Əmin idilər ki, bu müharibə asan bir gəzinti olacaq. Amma indi raketləri azdır. Uzaqbaşı 3-4 günə çatacaq. Onlar ekonomiya olunur. Silah yoxdur. Tula zavodu və Rotenberqin digər 2 zavodu silah sifarişlərini yerinə yetirə bilmir. Silahlar tükənir. Növbəti silah partisyası 3-4 aya hazır olacaq. Bundan əlavə xammal da yoxdur. Yəni, ola bilsin, bundan da çox çəkəcək", - sabiq deputat qeyd edib.


Etiketlər:  Putin hiddətlənib müharibəni uduzur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ