Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı metrosunda jurnalist ölümdən döndü

Bakı metrosunda jurnalist ölümdən döndü

Tarix: 28 Fevral 2022 14:56

Bakı metrosunda gənc jurnalistin halı pisləşib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ayşən Mustafa sosial şəbəkədə məlumat verib.

O bildirib ki, metronun "Elmlər Akademiyası" stansiyasından "Qara Qarayev" stansiyasına gələrkən halı pisləşib.

Buna görə də, o, "Ulduz" stansiyasında düşüb. Jurnalistin sözlərinə görə, ona Bəhram adlı polis əməkdaşı və metropolitenin İnarə adlı əməkdaşı yardım edib.

A. Mustafanın sözlərinə görə, adı çəkilən polis əməkdaşı həmin an başqa bir problemlə üzləşən şəxsə kömək edirmiş.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, nümunəvi hərəkətinə görə həmin polis əməkdaşı mükafatlandırılacaq.


Etiketlər:  Bakı metrosunda jurnalist ölümdən döndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ