Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əldərə qalasını erməniləşdirmək cəhdləri gülüş doğurur - VİDEO

Əldərə qalasını erməniləşdirmək cəhdləri gülüş doğurur - VİDEO

Tarix: 28 Fevral 2022 17:12

Tarixə yönəlik vəhşilik, vandalizm təkcə mədəniyyət abidələrini məhv etməklə bitmir, onun tarixini dəyişdirmək, restavrasiya adıyla qədimliyinə zərbə vurmaq da barbarlığın, həyasızlığın bir nümunəsidir. Ermənilər qədim Azərbaycan torpağında - Qərbi Zəngəzur ərazisində yerləşən Əldərə qalasını və bu qalanın yerləşdiyi kənddəki bütün abidələri özününküləşdirir və deformasiyaya uğradır. Dünyadakı bütün mədəni abidələrin qorunmasına cavabdeh olan qurumlara bununla bağlı sorğular göndərilib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qərbi Zəngəzurun dəniz səviyyəsindən 1300-1350 m hündürlükdə yerləşən qədim Əldərə kəndinin abidələri, xüsusən də 400 ildən çox yaşı olan Əldərə Qalası erməni vandalizminə məruz qalır. Qafan rayonunun inzibati yaşayış mərkəzlərindən biri olan, Gorus şəhərindən 23 km məsafədə yerləşən qədim Əldərə kəndində 200-dən çox yaşayış evi, məscid, karvansara və digər tikililər ermənilər tərəfindən dağıdılıb və ümumilikdə kənd xarabalığa çevrilib. Qismən salamat qalmış Əldərə qalasını isə ermənilər özününküləşdirmək niyyəti ilə bərbad şəkildə restavrasiya ediblər. 

Azərbaycan mədəniyyətinə və tarixinə aid olması heç bir halda mübahisə predmeti olmayan bu istehkam qalasını ermənilər özləri də Əldərə qalası adlandırırlar. Ümumi tarixi 1200-1300-cü illəri əhatə edən bu kənddə həm qalaya, həm də digər tarixi abidələrə qarşı edilmiş vandalizm aktları ilə bağlı UNESCO-ya sorğu göndərilib. 

Qeyd edək ki, ermənilər 2010-cu ildə qalanın bir hissəsini təmir edərək üstündə zəng qülləsi tikib oranı erməni Qriqorian kilsəsi kimi təqdim etməyə çalışırlar.

Milli.Az


Etiketlər:  Əldərə qalasını erməniləşdirmək cəhdləri gülüş doğurur VİDEO


RƏYLƏR