Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Məşğulluq Agentliyi işəgötürənlərə xəbərdarlıq edir - VİDEO

Dövlət Məşğulluq Agentliyi işəgötürənlərə xəbərdarlıq edir - VİDEO

Tarix: 28 Fevral 2022 19:18

İctimai iaşə sahəsində əmək müqaviləsi olmadan çalışanlar daha çoxdur. Amma belə şəxslərə tikinti və digər sahələrdə də rast gəlinir. Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, məhz qeyri-formal məşğulluqla mübarizə çərçivəsində yeni bir elektron sistem tətbiq olunacaq. Bu sistem nələri tənzimləyəcək, aidiyyəti qurumun sədri açıqlayıb. 

Qeyri-formal məşğulluğa qarşı aparılan mübarizə davam edir. Son 3 il ərzində 400 minə yaxın əmək müqaviləsi sistemə daxil edilib

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəylinin sözlərinə görə, qeyri-formal məşğulluğa qarşı mübarizə çərçivəsində bu il geniş bir elektron sistem tətbiq olunacaq.

Mustafa Abbasbəyli azyaşlı uşaqların qanunsuz olaraq əməyə cəlb olunmasından da danışıb. Onun sözlərinə görə, bununla bağlı agentliyə şikayətlər daxil olub.  

Agentlik sədri deyib ki, həm işəgötürən, həm də işçinin hüquqları gözlənilməklə məsələnin köklü həlli üçün yeni yanaşmalar həyata keçiriləcək.


Etiketlər:  Dövlət Məşğulluq Agentliyi işəgötürənlərə xəbərdarlıq edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ