Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 19:48
Hektralarla sahəyə taxıl əksələr də subsidyalardan yaralana bilmirlər. Saatlıda bir neçə fermer taxıl sahələrinə verilməli olan gübrələri əldə edə bilmir. Onlar qeyd edirlər ki, əgər yaxın 10 gün ərzində gübrə verilməzsə əkdikləri taxıl sahəsi məhv olacaq. Gübrənin verilməməsinin səbəbi isə torpaq sahələrinin sənədlərinin olmamasıdır. Bəs indiyə kimi fermerlər öz sahələri üçün niyə çıxarış almayıblar? Maraqlı səbəbi var.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Saatlının Nabat kənd sakinləri qeyd edirlər ki, onlar sahələrdə taxıl səpini həyata keçirərək normal nəticə əldə ediblər. Hazırda taxıl sahələrinə azot gübrəsinin verilmə vaxtı olsa da, fermerlər əkdikləri torpaq sahələrinin sənədlərinin olmaması səbəbindən gübrə əldə edə bilmirlər. Onlar qeyd edirlər ki, əgər yaxın 10 gün ərzində gübrə əldə edə bilməsələr əkdikləri taxıl sahəsi məhv olacaq..
Məsələ ilə bağlı KTN-nin şöbə müdürü Vüqar Hüseynov bildirib ki, Fermerlər əkin subsidiyası almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yükləməlidir. Nabatkənd sakinlərinin torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri yoxdur. Onlarda yalnız plan ölçü sənədləri var ki, bu da qanunvericiliyə əsasən, torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd hesab olunmur. Əllərində yalnız plan ölçü sənədləri olan fermerlər bu sənədləri aqrar islahat komissiyasının qərarı ilə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək mülkiyyət hüququnu təsdiqləyən çıxarış almalıdır. Yalnız bu çıxarışı sistemə daxil etdikdən sonra fermerlər subsidiya almaq hüququ qazanacaqlar. Kənd sakinləri ən müxtəlif səbəblərdən, o cümlədən çıxarış almaq üçün rüsumun baha olduğunu iddia edərək ötən illər ərzində bu çıxarışı almayıblar.