Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynanın "Xudayar"ı döyüşür: o, kimdir? - VİDEO - FOTO

Ukraynanın

Tarix: 1 Mart 2022 07:24

İdarə etdiyi avtomobilin sükan arxasında oxuduğu mahnının videogörüntüləri sosial şəbəkələrdə yayılandan sonra məşhurlaşan ukraynalı hərbçi artıq Azərbaycanda da tanınır.

Onu sosial şəbəkələrdə "Ukraynanın Xudayarı" adlandırırlar.

Milli.Az bildirir ki, sözügedən hərbçinin oxuduğu "Brattya Ukraintsi" ("Ukraynalı qardaşlar") mahnısının müəllifi "Şablya" qrupunun rəhbəri və solisti Vova Geyzerdir. Mahnı 2014-cü ildə Donbasda separatçılara qarşı keçirilmiş antiterror əməliyyatına yollanan könüllülərə və hərbçilərə həsr olunmuşdu.

Mahnı Ukraynada çox populyardı. Sonradan Donbasdakı antiterror əməliyyatının rəsmi himninə, daha sonra Ukrayna Milli Qvardiyasının N.Kulçitski adına alayının rəsmi mahnısına çevrildi.

Kadrlarda gördüyünüz şəxs isə Ukrayna Silahlı Qüvvələrinin "Qış yürüşü" adına 28-ci əlahiddə mexanikləşdirilmiş briqadasının (A0666 saylı hərbi hissə) çavuşu Yuri Qorodetskidir.

Video fevralın 4-də çəkilib.

Y.Qorodetskinin döyüşlərdə həlak olması barədə məlumat yoxdur və deməli, o, sağdır.

Milli.Az


Etiketlər:  Ukraynanın Xudayarı döyüşür o kimdir VİDEO FOTO


RƏYLƏR