Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib (FOTO)

Bakıda bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib (FOTO)

Tarix: 7 Sentyabr 2019 12:20

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib.

Trend-in məlumatına görə, dünya çempionatı sentyabrın 16-dan 22-dək keçiriləcək.

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri təlim-məşqlər çərçivəsində öz proqramlarını icra edib. Azərbaycanlı gimnastlarla yanaşı, Livan və Çexiyanı təmsil edən idmançılar da çıxış edib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak edib. Gimnastların çıxışlarını izləyən vitse-prezident, həmçinin idmançılarla söhbət edib və onlara dünya çempionatında uğurlar arzu edib.

Tədbirdə, həmçinin Azərbaycan Guimnastika Federasiyasının nümayəndələri, məşqçi heyəti və hakimlər briqadası iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bakıda bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib (FOTO) Bakıda bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində sınaq təlim-məşqləri keçirilib (FOTO)


Etiketlər:  Bakıda bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində sınaq təlim məşqləri keçirilib FOTO


RƏYLƏR