Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İsmayıl Vəliyevin eşşək, Elmar Vəliyevin dəvə ferması, Alimpaşanın balıq gölləri vardı..." - Rəşid Mahmudov

Tarix: 2 Mart 2022 11:00

"Son iki ildə dövlətimiz tərəfindən icra başçılarıyla bağlı kifayət qədər ciddi tədbirlər görülüb. Rüşvət alanları həbs edilib, vətəndaşlarla işləməyənlər vəzifələrindən azad ediliblər"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov dünən vəzifəsindən azad edilən Göyçayın icra başçısı Mehdi Səlimzadədən də danışıb:
 
"Elə yaxşı oldu Göyçayın icra başçısını Prezident işdən çıxardı. Çünki ondan da mətbuatda kifayət qədər şikayətlər var idi. Heç nə yalandan yazılmır, əgər mətbuat yazırsa, hansısa məmur özbaşınalıq edir demək ki, bu düzdür. Bunlar birdəfəlik mal-mülk yığmağı başlarından çıxarıb, vətəndaşlara xidmət etməlidirlər. Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyevin eşşək ferması var idi, südünü satırdı. Elmar Vəliyevin dəvə ferması var idi. Alimpaşa Məmmədovun balıq gölləri var idi. Belə şey olar? Bunlar biznesmendirlərsə, elə bizneslə məşğul olsunlar da. Nə işləri var axı vəzifədə".

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi İldırım oğlu Səlimzadənin vəzifəsindən azad edilməsiylə bağlı sərəncam imzalayıb. Onu da bildirək ki, Mehdi Səlimzadə 10 iyun 2016-cı ilddə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdi. O, daha əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri postunu tutub. 

Milli.Az


Etiketlər:  İsmayıl Vəliyevin eşşək Elmar Vəliyevin dəvə ferması Alimpaşanın balıq gölləri vardı Rəşid Mahmudov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ