Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turist dünyanın ən təhlükəli canlısı ilə üz-üzə - VİDEO

Turist dünyanın ən təhlükəli canlısı ilə üz-üzə - VİDEO

Tarix: 2 Mart 2022 17:20

LADBible nəşri bildirir ki, Avstraliyada bir turist planetin ən təhlükəli canlılarından birini əlinə götürüb. Dostları baş verənləri videoya çəkib.

Sonxeber.net qazeta.ru-ya istinadən xəbər verir ki, görüntülərə baxan izləyicilər indi fikirləşir ki, ya qadın çox cəsarətlidir, ya da onu hansı təhlükə gözlədiyini bilməyib.

TikTok-da yayımlanan videoda qadının əlində kiçik mavi üzüklü ahtapotu sakitcə tutduğunu görmək olar. Ölçüsünə baxmayaraq, bu heyvan dünyanın ən təhlükəli heyvanlarından biri hesab olunur. Onun ayaqlarında bir neçə dəqiqə ərzində 26 nəfəri öldürəcək qədər zəhər var.

Videonun qəhrəmanı özü sakit davranırdı, kənardan baxan şərhçilər isə çətinliklə də olsa, soyuqqanlı ola bildilər. İzləyicilər şərhlərdə yazıblar ki, qadın köynəkdə doğulub və artıq lotereya biletləri almağa başlamalıdır.

Şərhçilərdən biri "Həyatda bir dəfə olan təcrübə" yazıb.

Aslan Məmmədov


Etiketlər:  Turist dünyanın təhlükəli canlısı ilə üzə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ