Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Netflix'' Rusiya ilə bağlı qərarını verdi

''Netflix'' Rusiya ilə bağlı qərarını verdi

Tarix: 2 Mart 2022 20:38

Məşhur "Netflix" platforması rus seriallarının istehsalını dayandırıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, daha əvvəl rus istehsalçılarına sifariş verilən layihələrlə bağlı işlərin dayandırıldığı bildirilib.

Xatrıladaq ki, Rusiyadakı kinorejissorlardan dörd layihə sifariş edilib: aktrisa Svetlana Xodçenkovanın rol alacağı Anna Karenina haqqında film, aktyor Aleksandr Petrovun iştirakı ilə dram və daha iki tamhüquqlu serial.

Qeyd edək ki, rusiyalı "Netflix" istifadəçiləri bir müddətdir abunə haqqını ödəyərkən problemlə üzləşir. Buna səbəb son bir neçə gündə Qərb ölkələrinin Rusiya banklarına qarşı tətbiq etdiyi sanksiyalardır.

Bundan başqa "Netflix"in Rusiya ilə bağlı qərar verməsi etirazla qarşılanmışdı. Bundan sonra platforma 20 Rusiya telekanalını yayımlamaqdan imtina etmişdi.


Etiketlər:  Netflix Rusiya ilə bağlı qərarını verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ