Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 23:18
Yeni elmi araşdırma göstərib ki, müəyyən aylarda doğulan insanların çox yaşamaq, uzunömürlü olmaq şansı digərlərlə müqayisədə daha yüksəkdir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, araşdırmanı Çikaqo (ABŞ) Universiteti nəzdində olan Yaşlanma tədqiqatı Mərkəzində (NORC) çalışan Leonid və Natalya Qavrilovlar aparıblar.
Alimlər 100 ildən çox yaşayan 1500 insan haqqında məlumatları araşdırıblar. Nəticədə məlum olub ki, payız aylarında (sentyabr, oktyabr, noyabr) doğulan insanların çox yaşamaq və 100-illik yubileyi qeyd etmək şansı daha yüksəkdir.
Alimlərin fikrinə görə, bunun səbəbi uşaq ana bətnində olarkən ətraf mühitin təsiri ilə izah olunur. Qavrilovlar belə nəticəyə gəliblər ki, qış, yaz və yay aylarında hamilə qadın daha çox mənfi təsirlərə məruz qalır. Bu mənfi təsirlər arasında çox isti və ya çox soyuq hava, respirator infeksiyalar, vacib maddələrin defisiti və s. kimi faktorlardır.
Uşaq dünyaya gələndən sonra da ananın qıdalanması ona ciddi təsir edir və bu da ilin fəsilləri ilə bağlıdır.
Sadaladığımız mənfi faktorlar uşaq orqanizmində iltihaba səbəb olur ki, bu iltihab daha sonra xroniki xarakter alır. Bir çox xəstəliklər və o cümlədən ağır, insanın həyatını qısaldan xroniki xəstəliklərin səbəbi məhz orqanizmdə iltihabın yüksək səviyyədə olmasıdır.