Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski rus analara səsləndi

Zelenski rus analara səsləndi

Tarix: 4 Mart 2022 08:12

"Ordumuza, xalqımıza güvənirəm. Ölkəmizi qoruyurlar. Ölkəmiz çox özünəməxsusdur".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

"Xalqımız da çox özünəməxsusdur. Adımız sadəcə tarixə yazılmayacaq. Ukraynanın tarixi bir əfsanə olmayacaq. Sonumuz "300 spartalı" əfsanəsi kimi olmayacaq. Biz sülh istəyirik. Öz torpağımızdayıq. Hər şeyə hazırıq", - dövlət başçısı qeyd edib.

Zelenski müsahibəsində rus analara da səslənib:

"Bizimlə döyüşməyə gələnlər 18-19 yaşında uşaqlardır. Mən 45 yaşındayam. Mənim qızım o uşaqlarla yaşıddır. Bu, qorxunc bir şeydir. Mən ağlıma da gətirə bilmirəm belə bir vəziyyəti.

"Bu insanlar mənim uşağım olsa, necə olardı?" deyə düşünürəm. Mənim nəslimdən olsa, buraya gəlmiş olsalar... Analar bunu yaxşı başa düşməlidir. Çünki onların nəşini onlar yığacaq. Həyatını itirənlər - bir çoxu öldü - onların əritmə dairələrindən tapılmasını istəmirəm bu binaların, maşınların içində. Çünki anaları onların nəşini də tapa bilməyəcək".

Milli.Az


Etiketlər:  Zelenski analara səsləndi


RƏYLƏR