Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 10:30
Türkiyə Ukraynaya "Bayraqdar" PUA-larını yardım olaraq vermir. Bu PUA-ları Ukrayna şəxsi şirkətdən pulunu ödəyərək alır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Qıran deyib.
"Bayraqdar" - özəl müəssisənin məhsuludur. Ukrayna bu məhsulu almaq istədi və onlar arasında müqavilə imzalandı. Məhsul da göndərildi. Bütün dünyada belədir. Bu gün Rusiyada da, ABŞ-da da hərbi məhsulu özəl şirkətlər istehsal edir. Bu şirkətlər istədiyi sazişi bağlayıb, məhsulunu sata bilirlər. Türkiyə bu PUA-ları yardım olaraq verməyib. Əlbəttə, o ayrı məsələdir ki, biz bu PUA-larla fəxr edirik", - o bildirib.
Qeyd edək ki, Ukrayna 2018-2020-ci illərdə Türkiyədən 74 milyon dollar ödəyərək "Bayraqdar TM2" PUA-ları alıb.
Rusiya ilə döyüşdə "Bayraqdar"ların performansı qarşı tərəfin ciddi narahatlığına səbəb olub. Türkiyə şirkəti isə bu məhsulu Rusiyaya da satmağa hazır olduğunu bildirib.