Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 13:26
Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində rusiyalı oliqarxlara məxsus yaxtalar müsadirə edilib. "Rosneft" dövlət enerji şirkətinin rəhbəri İqor Seçinin 88 metrlik "Amore Vero"su Marsel yaxınlığında Fransa gömrükçüləri tərəfindən saxlanılıb.
Sonxeber.net Euronews-a istinadən xəbər verir ki, gəmi Aralıq dənizinin La Ciotat limanına yanvarda gəlib və aprelin 1-dək təmir üçün orada qalmalı idi.
Almaniyada iş adamı Əlişir Usmanovun 600 milyon dollar dəyərində dünyanın ən böyük motorlu yaxtası olan 156 metrlik "Dilbar"ı həbs ediblər.
Eyni zamanda, Rusiya oliqarxlarına məxsus 5 superyaxta sanksiyaların tətbiq olunmadığı Maldivlər və Monteneqroya istiqamət alıb.
Aslan Məmmədov