Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 14:12
Övladını evləndirmək istəyən hər bir ata-ananın, xüsusilə də, qız valideynlərininyolu mütləq cehizlik alış-verişindən keçir. Ancaq indi maşın-maşın cehiz almaq üçün gərək qalaq-qalaq da pulun olsun. Çünki, qab-qacaqdan tutmuş,mebel dəstlərinə qədər hər birinin qiyməti əl yandırır.
Müasir evləri çilçıraqsız təsəvvür etmək çətindir. Onların da qiymətləri özləri kimi göz qamaşdırır.
Pərdə və xalçaların da qiymətində son vaxtlar artım müşahidə olunur.
Cehizliyə ən çox pul isə mebel dəstlərinə xərclənir.
Cehizlik qab-qacaq və yorğan-döşəklərə gəlincə...
Qiymətlər baha, çeşidlərini isə sadalamaqla qurtarmır cehzilik əşyaların. Ancaq əsas olan odur ki, alarkən pulunuz qurtarmasın. Çünki toy etmək üçün digər vacib xərclər də var ki, onların da məbləği cehizlik əşyalardan heç də az deyil.
Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: