Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda maska qadağası ləğv olunur?

Azərbaycanda maska qadağası ləğv olunur?

Tarix: 6 Mart 2022 19:12

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, maska taxmaq əslində xəstə adamdan sağlam insana yoluxmasının qarşısını almaq üçün bir vasitədir. Bu infeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən biri kimi dəyərləndirilir. Amma hazırda omikron ştamının əksər ölkələrdə, o cümlədən Azərbaycanda xeyli insan yoluxdurması kollektiv immunitetə gedən yolu yaxınlaşdırdı. 

Sonxeber.net xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. 

Bir çox ölkələrin artıq maska qadağasını aradan qaldırmasına münasibət bildirən professor hesab edir ki, pandemiya ilə bağlı bir çox qərarlar yavaş-yavaş aradan qaldırılacaq:

"Omikron ştamının gördüyü rol vaksindən daha təsirli oldu. Bütün bunlar artıq ayrı-ayrı ölkələri maska taxmaq zərurətini nisbətən yumşaltmağa sövq etdi. Bu baxımdan açıq havada, havalandırması olan qapalı məkanlarda maska taxmağa indi lüzum görülmür. Odur ki, ölkələrin maska məcburiyyətini ləğv etməsinə qərar verməsi doğru addımdır. Yəqin ki, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı tövsiyələri yaxın vaxtlarda açıqlanacaq və yavaş-yavaş bu qadağalar aradan qaldırılacaq. Azərbaycan da ÜST-ün tövsiyələrinə uyğun hərəkət edir. Güman ki, biz də bu situasiyanı yenidən dəyərləndirib bu cür qərarlar verə bilərik?" (publika.az)


Etiketlər:  Azərbaycanda maska qadağası ləğv olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ