Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetik içkilərin qəbulu orqanizmə zərərli təsir göstərir

Energetik içkilərin qəbulu orqanizmə zərərli təsir göstərir

Tarix: 6 Mart 2022 19:36

İlk dəfə ötən əsrin 20-ci illərinin axırlarında xəstəxanada dərman kimi qəbul edilən enerji içkilərindən zaman keçdikcə məişətdə də istifadə olunmağa başlanılıb. Ötən əsrin 60-cı illərindən satılmağa başlayan həmin içki qısa müddət ərzində böyük marağa səbəb olub. Kimi onu öz enerjisini yüksəltmək, kimi də dadını bəyənərək onu qəbul edib. Avropada böyük satış bazarına sahib olan enerji içkilərinin fəsadları zaman keçdikcə ciddi müzakirə mövzusuna çevrilib.

Araşdırmalar göstərir ki, enerji içkilərindən istifadə xüsusilə də azyaşlılar arasında sağalması mümkün olmayan fəsadlara aparıb çıxarır. Həmin içkiyə qarşı artan maraq o yerə çatıb ki, hətta onun qəbulu nəticəsində həyatını itirənlər də olur.

Sonxeber.net xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Gənc yaşında öd kisəsində, qaraciyərində narahatlığı, mədəsində eroziyası, onikibarmaq bağırsağında yarası olan xəstələrlə rastlaşırıq. Analiz və araşdırma zamanı həmin halın mənşəyi məlum olmayan enerji içkisinin qəbulu nəticəsində yarandığı məlum olub".

Ümumiyyətlə, energetik içkilərdən 18 yaşına çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin istifadə etməməsi tövsiyə olunur. Həmin içkilərin istehsalında istifadə olunan kofein, şəkər, rəngləyici qida əlavələri və s. maddələr orqanizmə zərərli təsir edir. Mənşəyi bilinməyən həmin məhsullar zaman keçdikcə geri dönüşü olmayan fəsadlara səbəb olur.


Etiketlər:  Energetik içkilərin qəbulu orqanizmə zərərli təsir göstərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ