Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kovidə yoluxduqda ilk 3-4 günə aldanmayın, sonra... - Türk professor

Kovidə yoluxduqda ilk 3-4 günə aldanmayın, sonra... - Türk professor

Tarix: 6 Mart 2022 20:33

Türkiyənin Koronavirus Elmi Komitəsinin üzvü, professor Tevfik Özlü epidemiya ilə bağlı son vəziyyəti dəyərləndirib. 

Milli.Az xəbər verir ki, professor vəziyyətin xeyli dəyişdiyini qeyd edib. 

"Ümumi baxdığımız zaman yüngül burun axıntısı, asqırma, boğazda yüngül qaşınma, yanma, bəzən yüngül hərarət ola bilər, 1-2 gün. Təngənəfəslik yoxdursa, ağrının olması vacib bir problem deyil. Xəstə adətən 4-5-ci gündə yaxşılaşır, ya da pisləşirsə, siqnallar dərhal görünür.

Təngənəfəslik kimi, tənəffüs çətinliyi halları da özünü göstərir. Ümumiyyətlə, ilk 3-4 günə aldanmamaq lazımdır. "Yüngül olacaq, eybi yoxdur, öhdəsindən gələcəm" deyə fikirləşirsən, amma 5-ci və 6-cı günlərdə işlər nəzarətdən çıxa bilər. Ehtiyatlı olmaq lazımdır", - professor bildirib. 

Alimin sözlərinə görə, post-koronavirus adlandırılan dövr 3 aydan sonra başlayan vəziyyəti təmsil edir: " "Omikron"u keçirənlər belə bir dövrə yenicə qədəm qoyur. Ona görə də bu ştam haqqında dəqiq bir şey deyə bilmərəm. Post-koronavirus gələcəyin ən böyük problemidir. Bunu unutmaq olmaz. Kəskin dövrü birtəhər keçirik, keçir. Lakin səhiyyə sisteminin yükü çox olacaq. Koronavirusdan sonra şəkər xəstəliyi, böyrək çatışmazlığı yaranan insanlar var, ən çox gördüyümüz isə ağciyər çatışmazlığıdır. Onların bəziləri hələ də oksigendən asılı olaraq əlil arabası ilə yaşamalı, həyatını bu şəkildə davam etdirməlidir".

Həkim əlavə edib ki, yüngül xəstələrdə də qalıcı problemlər yarana bilir:

"İnsanlar xoşbəxtdirlər, çünki kəskin dövrü keçib sağalıblar, "yaxşıyam" deyirlər. Yüngül hallarda belə bəzən uzunmüddətli, qalıcı problemlər yarana bilər. Bu baxımdan diqqətli olmaq lazımdır". (publika.az)

Milli.Az


Etiketlər:  Kovidə yoluxduqda ilk 3 4 günə aldanmayın sonra Türk professor


RƏYLƏR