Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropada benzinin qiyməti kəskin artıb - VİDEO

Avropada benzinin qiyməti kəskin artıb - VİDEO

Tarix: 7 Mart 2022 15:54

Rusiyaya qarşı sanksiyalarının nəticələri indi də yanacağın qiymətinin sürətlə artdığı Avropada hiss olunur.

Milli.Az REN-TV-yə istinadən xəbər verir ki, Almaniyada benzinin bir litrinin qiyməti artıq 2 avroya çatıb.

Demək olar ki, eyni məbləğ Danimarka, İtaliya və Böyük Britaniyada ödənilməli olacaq.

Bir çox ölkələrdə vəziyyət kritik həddə yaxınlaşır - böyük şəhərlərdə yanacaqdoldurma məntəqələrində uzun növbələr görə bilərsiniz. Qiymətlərin daha da artacağından qorxan sürücülər gələcək istifadə üçün ehtiyat yığırlar - yanacaqdoldurma məntəqələrinə kanistr və butulkalarla gedirlər.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Avropada benzinin qiyməti kəskin artıb VİDEO


RƏYLƏR