Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şadlıq saraylarında qiymətlər ucuzlaşa bilər - VİDEO

Şadlıq saraylarında qiymətlər ucuzlaşa bilər - VİDEO

Tarix: 7 Mart 2022 16:20

Bu gündən etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Bir sıra qadağalar ləğv edilib.

Sonxeber.net bildirir ki, xezerxeber.az-ın məlumatına görə, toy, nişan, ad günü və digər şənlik mərasimlərində iştirak edənlərlə bağlı say məhdudiyyəti aradan qaldırılıb. Artıq iki ilə yaxındır ki, davam edən bu qadağaların ləğvi sakinləri sevindirib.

Şənlik mərasimlərində say limitinin yığışdırılması təkcə toy sahiblərinin qonaq çağırarkən tərəddüdlərini aradan qaldırmır, həm də menyuların qiymətini gündəmə gətirir.

Şadlıq saraylarının inzibatçıları bildirirlər ki, edilən dəyişiklik qiymətlərə yenidən baxmağa imkan verəcək.

Mərasim zallarında yas mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması bu sahədə də işləri canlandırıb.

Qeyd edək ki, yumşalmalar tətbiq edilsə də, bəzi məhdudiyyətlər qüvvədə saxlanır. Qapalı məkanlara girişlərdə COVID-19 pasportları təqdim olunmalı, qapalı yerlərdə maskadan istifadə edilməlidir. Bu tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirləri davam etdiriləcək. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər məsuliyyətə cəlb ediləcəklər.


Etiketlər:  Şadlıq saraylarında qiymətlər ucuzlaşa bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ