Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 20:36
Rusiyanın Ukraynaya hücuma başladığı 24 fevral tarixindən etibarən 406 mülki şəxs həlak olub, 801-i isə yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının ofisinin məlumatında bildirilib. Qeyd olunub ki, real rəqəmlərin rəsmi göstəricilərdən nəzərə çarpacaq dərəcədə çox olduğu ehtimal edilir. Əlavə olunub ki, Ukraynada hərbi əməliyyatlar zamanı 27 uşaq həlak olub. Mülki itkilər əsasən əhalinin sıx məskunlaşdığı Donetsk və Luqansk rayonlarında qeydə alınıb. Burada 93 vətəndaşın həlak olduğu, daha 435 nəfərin isə yaralandığı bildirilib.