Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parklanma qaydalarını pozan sürüclər cərimələnib - FOTO

Parklanma qaydalarını pozan sürüclər cərimələnib - FOTO

Tarix: 7 Mart 2022 23:32

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Biləsuvar şəhəri ərazisində nəqliyyat vasitələrinin və piyadların sıx hərəkət etdiyi küçə və prospektlərdə dayanma-durma qaydalarını pozaraq avtomobilini avtobus dayanacaqlarında, səkilərdə və digər müəyyən olunmamış yerlərdə park edən sürücülər müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, həm piyadaların həm də digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradan sürücülər barəsində inzibati protokollar tərtib edilib. Eyni zamanda aşkarlanan digər qayda pozuntuları ilə bağlı da qanunamüvafiq tədbirlər görülüb.

Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədini daşıyan bu kimi tədbirlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

Milli.Az


Etiketlər:  Parklanma qaydalarını pozan sürüclər cərimələnib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ