Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada müharibə başlayandan 474 mülki şəxs həlak olub

Ukraynada müharibə başlayandan 474 mülki şəxs həlak olub

Tarix: 9 Mart 2022 07:40

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından indiyə qədər 474 mülki vətəndaşın həlak olduğunu bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə UNİAN məlumat yayıb.

Statistikaya görə, 861 nəfər xəsarət alıb. BMT-yə görə, itkilər daha çox ola bilər.

"Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir. Döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir", - deyə BMT bildirib.

Milli.Az


Etiketlər:  Ukraynada müharibə başlayandan mülki şəxs həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ