Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Donuz ürəyi köçürülən ilk insan öldü

Donuz ürəyi köçürülən ilk insan öldü

Tarix: 10 Mart 2022 08:04

Dünyada geni dəyişdirilmiş donuzdan ürək nəqli edilən ilk insan olan Devid Bennet dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Devid Bennet əməliyyatdan sonra iki ay yaşayıb.

Onun vəziyyəti bir neçə gün əvvəl pisləşməyə başlayıb və 57 yaşlı kişi martın 8-də ölüb.

Bildirilib ki, Bennet əməliyyatın risklərini bilirdi. O, əməliyyata qədər artıq altı həftə yataq xəstəsi olmuş, onu həyatda saxlayan aparata bağlanmışdı.

Xatırladaq ki, D.Bennet yanvarın 7-si Baltimorda əməliyyat olunmuşdu.

Milli.Az


Etiketlər:  Donuz ürəyi köçürülən ilk insan öldü


RƏYLƏR