Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 10:08
Bu gün Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə videobağlantı vasitəsilə görüş keçirəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, görüşün əsas mövzusu sanksiyaların Rusiya iqtisadiyyatına təsirini minimuma endirmək üçün tədbirlər olacaq.
Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyan Ukraynanın şərqindən olan qaçqınların Rusiya vilayətlərində yerləşdirilməsinə dair məruzə ilə çıxış edəcək.
Eyni zamanda, bir sıra cari məsələlərə də baxılacaq.