Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 11:45
Xalq artisti Faiq Ağayev bayağı mahnı ifa edən müğənnilərin efirə çıxmasına irad bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, bu barədə "Həmin Zaur" proqramında danışıb.
Ağayev Zaur Kamalın "Mənim yerimə olsaz, kimləri efirə dəvət etməzdiz" sualını cavablandırıb:
"Mən əvvəl gündəlik veriliş aparmışam. Təxminən 300 nəfərə yaxın qonaq dəvət edirsən. Onların içərisində idmançılar da, müğənnilər də, modelyerlər də olur. Hər gün proqram aparmaq çox çətindir. Çünki yeniliklər olmalıdır. Amma sənin yerində olsam, Azərbaycan incəsənətinə xələl gətirənləri efirə dəvət etməzdim.
Yəni bayağı müğənniləri... Əvvəllər bir peşəkar var idi, bir də özfəaliyyət. İndi özlərini professionalların yanına qoyub deyirlər ki, biz də varıq. Məsələn, hansısa bloger gəlib, Zaurun yanında deyir ki, mən də aparıcıyam. Yaxud da hansısa müğənni Faiqin yanında söyləyir ki, mən də varam. Misal üçün, mən sənətə özfəaliyyətdən başlamışam. Lakin onların ən pis nümayəndələrini efirə çağırmazdım".