Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 07:16
ABŞ Ukraynaya qarşı qeyri-ənənəvi silahlardan istifadə olunsa belə bu ölkəyə qoşun göndərmək niyyətində deyil.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.
"ABŞ qoşunlarını Ukraynaya göndərmək və Rusiyaya qarşı müharibə aparmaq kimi bir niyyətimiz yoxdur",- deyə Psaki brifinq zamanı bildirib.
O, Amerika tərəfində kimyəvi və bioloji hərbi proqramların mövcudluğunu inkar edib və bu imkanların Rusiyada olduğunu iddia edib.