Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 20:40
Tanınmış şairə və bəstəkar Xanım İsmayılqızı ilə müğənni Elvin Abdullayev arasında narazılıq yaranıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, buna səbəb Elvinin İsmayılqızının bəstəsi olan, mərhum Xalq artisti İlhamə Quliyevanın ifasında sevilən "Unut məni" mahnısını icazəsiz səsləndirməsi olub.
Bu barədə Abdullayev özü "10-da görüşək" porqramında qonaq olarkən danışıb, Abdullayev deyib ki, əsəri ifa etdikdən sonra X. İsmayılqızı ona yazıb və narahatlığını dilə gətirib:
"Dedi ki, niyə icazəsiz oxumusan? Mən də mahnını aranjıman edib, səsləndirmişdim. Belə bir şey var ki, İlhamə xanımın ifaları artıq dillər əzbəri olub, sanki bu musiqi də xalq mahnısına çevrilib. Həm də o ərəfdə çəkilişlərim çox idi, zəng etmək mümkün olmadı. Bizim Xanım İsmayılqızı ilə yazışmalarımız da qalıb. Mən böyük səbrlə onun söylədiklərini təsdiqlədim. Müəyyən sözlər var ki, onları mənə demək lazım deyildi. Təbii ki, dəyərli bəstəkarımızdır, xətri əziz olduğu üçün düşündüm ki, səhv etmişəm, icazə almaq lazım idi. Bir daha Xanım İsmayılqızından üzr istəyirəm. Mən icazə almalı idim".