Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şebnem Ferah öz mahnısını tanıdı görəsən?''

''Şebnem Ferah öz mahnısını tanıdı görəsən?''

Tarix: 11 Mart 2022 20:48

Türkiyəli müğənni-model Tuğba Özay 8 Martda Bursada məkanların birində səhnəyə çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, gecədə ifaçı Şebnem Ferahın "Sil baştan" mahnısını səsləndirib. Həmin görüntülər sosial mediada qısa müddət ərzində yayılaraq tənqid olunub. İzləyicilər mahnını Tuğbanın ifasında bəyənmədiklərini vurğulayıblar.

İfaçının ünvanına "Bunu bir də nə bizə, nə də özünə et", "Qulaqlarım, sizdən üzr istəyirəm", "Mahnı oxumamaq lazımdır bəzən", "Çox pis", "Yandı, bitdi, kül oldu mahnı", "Şebnem Ferah öz mahnısını tanıdı görəsən?", "Mikrafonu əlindən alacaq heç kim yox idi?" kimi şərhlər gəlib.

Milli.Az


Etiketlər:  Şebnem Ferah mahnısını tanıdı görəsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ