Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bananı sevmək üçün 25 səbəb

Bananı sevmək üçün 25 səbəb

Tarix: 12 Mart 2022 05:03

Bananın tərkibində təbii turşular, müxtəlif fermentlər, A, B1, B2, B3, B6, PP, C, E vitaminləri və çoxlu mikroelementlər var. Banan insan sağlamlığı üçün çox faydalı olan bir meyvədir. Onun bilmədiyiniz 25 faydasını sizlərə bildirmək istəyirəm.
1. Banan depressiyaya qarşı mübarizə aparan bir meyvədir. Onun tərkibində triptofan var. Triptofan serotonin hormonu ifraz edir ki, bu hormon insana xoşbəxtlik hissi yaşadan bir hormondur. Bu səbəbdən də banan insanın əhval-ruhiyyəsini qaldırır.
2. Banan yeganə meyvədir ki, o allergiya törətmir.
3. Bananın tərkibində olan kalsium orqanizmdən sorulduğu zaman sidiklə xaric olmur.
4. Banan bağırsaq mikroflorasını yaxşılaşdırır. Onun tərkibində olan fermentlər qidanın orqanizmdən yaxşı sorulmasına şərait yaradır.
5. Banan qəbizlikdən əziyyət çəkən adamlar üçün ən yaxşı dərman vasitəsidir.
6. Banan mədə qıcqırmasını aradan qaldırır.
7. Banan mədə divarını sağlamlaşdırmaqla mədə yarasının üstünü örtür və turş qidaların yaranı qıcıqlandırmasına yol vermir.
8. Banan diareyadan əziyyət çəkənlər üçün bərpaedici xüsusiyyətə malikdir.
9. Tərkibində olan  katexolaminlər bananın dietik meyvə olduğunu bildirir, amma banan ağız boşluğu xəstəlikləri zamanı, mədə və onikibarmaq yaralarında  müalicəsində yardımçı olur.
10. Tərkibində olan karotin sayəsində banan ürək-damar xəstəliklərinin və qocalmanın qarşısını alır.
11. Tərkibində olan kalium sayəsində banan əzələlərdə olan qıcolmaların qarşısını alır, əzələlərin tonusunu normallaşdırır.
12. Banan sidikqovucu təsirə malikdir, orqanizmdən artıq suları çıxarır.
13. İdman məşqlərindən və fiziki işdən əvvəl bir banan yesəniz qanda şəkərinizin miqdarı azalmaz.
14. Tərkibində olan petkin və xelat sayəsində banan orqanizmdən toksinləri çıxarır.
15. Serotonin və digər fermentlər sayəsində ən gərgin zamanlarda belə banan insanın əhval-ruhiyyəsini qaldırır, gərginliyini yox edir.
16. Tərkibində olan dəmir qanazlığının aradan qalxmasına yardım edir.
17. Banan yemək infarkt, insult riskini azaldır.
18. Bananın tərkibində aminturşular və antioksidant maddələr var.
19. Banan böyrəklərin fəaliyyətini yaxşılaşdırır, daş və qumların tökülməsinə yardımçı olur.
20. Banan hamilə qadınları ürəkbulanmadan xilas etmək üçün ən gözəl vasitədir.
21. Banan orqanizmdən yaxşı sorulduğu üçün əməliyyatlardan sonra həkimlərin xəstələrə məsləhət gördükləri qidalar siyahısında olur.
22. Ağcaqanad dişləyən yeri banan qabığının içəri üzü ilə silsəniz qaşınmaz.
23. Banan orqanizmin temperaturunu aşağı salmaq qabiliyyətinə malik bir meyvədir.
24. Siqaretdən asılı olan adamların orqanizmlərini təmizləmələri üçün gündə ən azı 1 ədəd banan yemələri gərəkdir.
25. Banan zehni yorğunluğu aradan qaldırır.


Etiketlər:  Bananı sevmək üçün səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ