Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 09:20
İtaliyanın Maliyyə Qvardiyası Rusiyanın "Yevroxim" korporasiyasının və SUEK daş kömür-energetika şirkətinrin sabiq sahibi Andrey Melniçenkonun superyaxtasına həbs qoyub.
Sonxeber.net Bloomberg-ə istinadən bildirir ki, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar çərçivəsində müsadirə edilmiş süperlüks yaxtanın dəyəri 578 milyon dollardır.
"A" adlı, su tutumu təqribən 13 min ton, uzunluğu 150 metr olan və 2008-ci ildə istehsal edilmiş yaxta dünyanın ən böyük motoseylerlərindən biri sayılır.
Yaxtanın layihə müəllifi fransız sənaye dizayneri Filipp Starkdır.
Bloomberg Billionaires Index-ə görə, A.Melniçenkonun sərvəti 19,5 milyard dollardır.