Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 15:06
Rusiyanın Ukrayna hərbi müdaxiləsi zamanı yüzlərlə mülki vətəndaş həlak olub. Onların bəziləri təxliyə olunan zaman, bəziləri isə yaralılara kömək edərkən dünyasını dəyişib. Həlak olanlardan biri də Elnur Əmrahovdur.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Elnur Əmrahov 2 il bundan öncə Azərbaycandan Ukraynaya gedib. Burada mağazada işləyən Elnur ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb. Sonuncu telefon danışığı isə fevralın 25-də olub. Elnur Əmrahov Çernikov şəhərində yarılılara könüllü olaraq köməklik edib.
Durna Süleymanovanın sözlərinə görə, həyat yoldaşının ölüm xəbərini ona Elnurun dostları bildirib. Hazırda Ukraynada morqda qalan meyitin hələlik ölkəyə göndərilməsinin mümkün olmadığını bildiriblər.
Elnurun 16 yaşlı qızı Fatimeyi Zəhra da atası haqqında danışıb.
"Onu vaxtsız itirdik" deyərək kövrəlib.
Hazırda ailənin tək istəyi Elnur Əmrahovun nəşinin Azərbaycana gətirilməsidir.
Verilən məlumata görə, Ukraynadakı hadisələr zamanı indiyə kimi 10-a yaxın azərbaycanlı dünyasını dəyişib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: