Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 15:20
Kiyev vilayətinin Vasilkov şəhərində neft bazası hava hücumundan sonra yanıb.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Telegram-kanalında Kiyev Regional Dövlət Administrasiyasının sədri Aleksiy Kuleba məlumat verib.
"Vasilkovda hava hücumundan sonra neft anbarı yanır. Kraçki kəndində Rusiya qoşunları gecə saatlarında neft anbarını atəşə tutub".
Kiyev vilayətinin polisinin Telegram-da verdiyi məlumata görə, Rusiya Kiyev vilayətinin Vasilkov şəhərinə güclü hava zərbəsi endirib, hərbi aerodrom ərazisinə azı 6 raket atılıb.
"Vasilkova güclü hava zərbəsi endirilib. Bu gün, martın 12-də səhər saat 7 radələrində düşmən hərbi aerodrom ərazisinə azı 6 raket atıb. Sursat anbarı zədələnib. Mərmilər partlayır. Yanğın baş verib", - deyə məlumatda bildirilir.
Xilasedicilər hadisə yerindədir. Polis yaxınlıqdakı evlərə ziyan olub-olmadığını araşdırır. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Aslan Məmmədov