Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2022 19:48
Xroniki böyrək çatışmazlığı zamanı həkimin təyin etdiyi dərman vasitələri ilə yanaşı bəzi bitki dəmləmələrindən istifadə edilir. Bu dəmləmə sidikqovucu, dezinfeksiyaedici, iltihab əleyhinə təsirə malik olduğu üçün uzun illərdir ki, xəstələrə həkimlər tərəfindən də təyin edilir:
20 qram baldırğan toxumu
20 qram tozağacı yarpağı
20 qram qatırquyruğu otu
15 qram pişikdili otu
15 qram evrika çiçəyi
15 qram cəfəri toxumu
15 qram yonca otu
15 qram biyan kökü
15 qram gəcəvər kökü
15 qram keşniş toxumu
15 qram şüyüd toxumu
15 qram qarğıdalı saçağı
10 qram atpıtrağı kökü
10 qram gəndəlaş gülü
10 qram quşbuğdası otu
1 xörək qaşığı bitki yığımı 500 ml suda dəmlənir, dündə 3 dəfə, 150 ml ilıq halda içilir.