Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 11:26
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya qüvvələrinə sarsıdıcı zərbələr endirib.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 14-də saat 06:00-a olan xülasəsində məlumat verib.
Baş Qərargah məlumat yayıb ki, Ukrayna xalqının Rusiyaya qarşı qəhrəmancasına vuruşmasının 19-cu günündə Ukrayna müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib.
"Ukrayna Silahlı Qüvvələri Rusiya tərəfindən müvəqqəti alınmış Ukrayna ərazilərində düşmənin maddi-texniki təminatı sistemini sıradan çıxarmaq üçün arxa infrastruktura (sahə bazaları və anbarlar) sarsıdıcı zərbələr endirib", - deyə məlumatda bildirilir.
Həmçinin dünən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması dörd təyyarə, üç helikopter və pilotsuz uçuş aparatını vurub (növü barədə məlumat dəqiqləşdirilir).
"Rusiya qoşunların irəliləyişin bütün istiqamətlərində hücum əməliyyatı keçirməkdə ciddi uğur əldə edə bilməyiblər. Rusiyanın əsas səyləri əvvəllər alınmış xəttlərin təhlükəsizliyinin təmin edilməsinə və saxlanılmasına yönəlib", - Baş Qərargahdan bildiriblər.
Baş Qərargahda qeyd ediblər ki, bundan əlavə, atəş mövqelərinin təchiz edilməsi, silah və hərbi texnikanın yerləşdirilməsi üçün mülki infrastrukturun, o cümlədən dini obyektlərin düşmən tərəfindən tez-tez istifadə edilməsi halları yenidən qeydə alınır.
"Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı səviyyədə qalır ki, bu da RF Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur. Mövcud məlumata görə, Rusiya Federasiyasının ərazisində, Belqorod şəhərində Belqorod hərbi komendantlığının hərbi şəhərciyi yerləşir. Düşərgədə müalicədən sonra xəstəxanalardan buraxılan və bölmələrə göndərilməyi gözləyən rus hərbçiləri var. Həmçinin qeyd olunan düşərgədə döyüş əməliyyatlarında iştirakdan imtina edən Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçiləri var, onlarla bağlı ibtidai istintaq tədbirləri aparılır", - məlumatda deyilir.
Baş Qərargah həmçinin Belarus xüsusi təyinatlılarının Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakdan imtina etdiyini bildirib.
Aslan Məmmədov