Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Martın 19-u iş günüdürmü? - RƏSMİ CAVAB

Martın 19-u iş günüdürmü? - RƏSMİ CAVAB

Tarix: 14 Mart 2022 12:46

Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Sonxeber.net xəbər verir ki, bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. 

Qeyd edilib ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. Bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.


Etiketlər:  Martın günüdürmü RƏSMİ CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ