Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 12:50
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək istəyir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.
"Təzyiq müəyyən təsir göstərməyə başlayır, biz real, ciddi danışıqlara hazır olmağın bəzi əlamətlərini görürük. Ancaq deməliyəm ki, Vladimir Putinin Ukraynanı məhv etmək niyyətində olduğu görünür. Biz ukraynalılara hər cür kömək etməliyik", - Şerman bildirib.
Onun sözlərinə görə, ABŞ-ın indi hədəfləri var:
"Biri Ukraynanı hər cür dəstəkləməkdir. Vaşinqton artıq bunun üçün 1,2 milyard dollar təhlükəsizlik yardımı ayırıb. İkincisi, Vladimir Putinə böyük təzyiq göstərməliyik ki, fikrini dəyişsin, bu müharibəni bitirsin - əvvəlcə atəşkəs, humanitar dəhlizlər əldə edilsin və bu işğal dayansın".