Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada COVID-19-la bağlı qalan bütün səyahət qaydaları ləğv ediləcək

Britaniyada COVID-19-la bağlı qalan bütün səyahət qaydaları ləğv ediləcək

Tarix: 14 Mart 2022 23:56

Böyük Britaniyada COVID-19-la bağlı səyahət məhdudiyyətləri martın 18-dən etibarən ləğv ediləcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə nəqliyyat naziri Qrant Şapps bildirib. Buna görə, Britaniyaya daxil olarkən qeydiyyat anketi və peyvənd olunmamış şəxslərin ölkəyə girişdən iki gün sonra koronavirus testi verməyinə ehtiyac qalmayacaq.

O, bildirib ki, bu dəyişikliklər peyvənd tətbiqi sayəsində mümkün olub. Bununla da Pasxa bayramında insanlar daha rahat şəkildə səyahət edə biləcəklər.

Qeyd edək ki, səyahət qaydaları ləğv olunduqdan sonra Böyük Britaniyada 2020-ci ilin mart ayından etibarən ilk dəfə COVID-19 ilə bağlı hər hansi bir qanun qüvvədə olmayacaq.


Etiketlər:  Britaniyada COVID bağlı qalan bütün səyahət qaydaları ləğv ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ