Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 11:30
Məşhur müğənni Mahsun Kırmızıgülün qardaşı Yusuf Bazencir boşanmağa qərar verdiyi xanımı Seval Bazencirin evinə hücum edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, Bazencirin mənzilinin qapısını balta ilə qırmaq istəyib.
Seval dərhal polis çağırıb. Saxlanılan Y. Bazencir məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Yayılan məlumata görə, Kırmızıgülün 5 ildir evli olan cütlük boşanmağa qərar verib.
Martın 9-da iki nəfər arasında telefonda mübahisə olub. Seval həyat yoldaşına İstanbul Beşiktaşdakı evə gəlməməsini deyib.
Xatırladaq ki, Yusuf-Seval cütlüyü 2017-ci ildə möhtəşəm toyla evlənib. Toyda M. Kırmızıgül də iştirak edib və mahnılar səsləndirib.