Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxlanılan oğlundan danışdı - ''Harada olduğunu bilmirəm''

Saxlanılan oğlundan danışdı - ''Harada olduğunu bilmirəm''

Tarix: 15 Mart 2022 17:35

Rusiyanın Əməkdar rəssamı Nikas Safronov oğlu, pianoçu Luka Safronovun Moskvada əlini "McDonald's" restoranına zəncirləndiyinə görə saxlanılmasına münasibət bildirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi oğlunun tutulmasına kədərləndiyini və qısa müddət ərzində azadlığa buraxılacağına ümid etdiyini açıqlayıb. Nikas vurğulayıb ki, hazırda oğlunun harada olduğunu bilmir.

"Bu onun yeməyidir, tez-tez ora gedir, "McDonald's"ı sevir". Fikrimcə, Luka restoranın bağlanmasından əziyyət çəkdiyi üçün belə bir hərəkətə yol verib. Hadisədən bir gün əvvəl onunla danışmışdım. Səsində hər hansı təlaş hiss etmədim. Həbsə atılmasına kədərlənirəm. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onunla sərt davranmayacaqlar. Hazırda onun harada olduğunu bilmirəm". 

Qeyd edək ki, "McDonald's" Ukraynadakı hərbi əməliyyatlar səbəbindən martın 14-dən etibarən Rusiyadakı 850-yə yaxın restoranını bağlayıb. Bir gün öncə isə Luka etiraz məqsədi ilə özünü restorana qandallayıb. Polis tərəfəindən saxlanılan musiqiçi barəsində inzibati protokol tərtib edilib.


Etiketlər:  Saxlanılan oğlundan danışdı Harada olduğunu bilmirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ