Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 18:20
Ukraynadan təxliyə edilən soydaşlarımız arasında çoxlu sayda azərbaycanlı tələbələr də var. Bu tələbələrin təhlükəsizliyi təmin olunub, hazırda ölkəmizdədirlər. Ancaq indi onları narahat edən daha bir məqam da var. Onların təhsillərinin aqibəti necə olacaq? Ekspertlər bildirir ki, bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların ölkəmizdəki üniversitetlərə köçürülməsi təmin edilməlidir. Qeyd edək ki, hazırda Ukraynada 9 minə yaxın azərbaycanlı gənc təhsil alır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, hazırda Ukraynada davam edən müharibə Pərviz İsgəndərli kimi minlərlə Azərbaycanlı gəncin təhsilini yarımçıq qoyub. Təhsil eksperti Kamran Əsədov bildirib ki, belə tələbələrin artıq orada təhsil alması mümkünsüzdür.
Görünən odur ki, yaxın illərdə də dağıntılar səbəbindən Ukraynada normal təhsil mühiti bərpa edilməyəcək deyə təhsil eksperti qeyd edib.
İndidən onların siyahıya alınması təşkil edilməlidir. Bunun üçün müvafiq qərarlar qəbul olunmalı və onların köçürülməsi təmin edilməlidir deyə Kamran Əsədov vurğulayıb.