Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 19:15
Əməkdar artist Əkbər Əlizadə tıxacdan gileylənib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor hər səhər Bayıl qəsəbəsindən gələrkən Dənizkənarı park yanındakı yolda tıxac olduğunu vurğulayıb. Həmin anın görüntüsünü paylaşan Əlizadə bunları deyib:
"Hər gün bu yol bu gündədir. Nə səhər uşaqları dərsə aparmaq, nə də işə getmik olur. Bu yolu keçdinsə, sənə zaval yoxdur. Yarım saatlarla, neçə dəqiqələrlə gözləməli oluruq. Hər gün bu problemlə qarşılaşırıq. Həm vaxtımız, həm əsəbimiz, həm də benzindən gedir. Səlahiyyətli şəxslər bu məsələyə əncam çəkin".