Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 20:05
"Çocuklar duymasın" serialındakı "Çaycı Hüseyn" obrazı ilə məşhurlaşan Alparslan Özmol dələduzluğa məruz qalıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial media hesabında göy işarə olması üçün 1000 lirə ödəsə də daha sonra həmin şəxs hesabın oğurlandığını iddia edib. O, hesabı bərpa etmək üçün Alparslandan daha 2 500 lirə istəyib. Bundan sonra şübhələnən aktyor polisə müraciət edib.
Araşdırma nəticəsində həmin şəxsin Mersində yaşayan 20 yaşlı İbrahim Temiz olduğu müəyyən edilib. Onun barəsində prokurorluqda cinayət işi açılıb və sənədlər məhkəməyə təhvil verilib. Onun 6 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.