Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 20:44
Ukraynaya əsir düşən rus əsgərləri müharibənin 20-ci günündə kamera qarşısında etiraflar edib.
Mətbuat mənsublarının suallarını cavablandıran rus əsgərləri prezident Vladimir Putinin qəzəbinə səbəb olacaq açıqlamalar veriblər.
"Hərbçilərimizin çoxu yaralanıb və həlak olub. Həqiqətən də müharibəni uduzuruq" deyib. Başqa bir əsgər isə "Bizə son ana qədər təlimin keçirildiyi bildirilib. Mən utanıram, dəhşətli şeylər baş verir" deyib.
Morozov soyadlı əsgər, mülki vətəndaşların hücumlarda həyatını itirdiyini ifadə edərək, "son ana qədər bizə təlim olduğunu söylədilər. Əsir düşəndə döyüləcəyimizi və pis rəftar edəcəyimizi düşündüm, amma müalicə etdilər. Biz yaxşı idik. Yemək və geyim ehtiyacımız ödənildi. Əlimizdəki maşınlar yolda xarab olurdu. Bütün Ukraynadan üzr istəyirəm və evə getmək istəyirəm. Məni bağışlayın" deyib.
Anar Əli